image-5774067528266092362backend

USS Abraham Lincoln-da təchizat böhranının səbəbi İranın Bəhreyndəki bazanı vurması olub

ABŞ-ın “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisində yaranan təchizat probleminin İranın müharibənin ilk günlərində Bəhreyndəki ABŞ Hərbi Dəniz Qüvvələrinin əsas logistika mərkəzini məhv etməsindən qaynaqlandığı bildirilir.

İNFOAZ.MEDİA xəbər verir ki, Milli təhlükəsizlik üzrə jurnalist Devid Rohdenin sözlərinə görə, hücumdan sonra təchizatın təxminən 2 200 mil uzaqlıqdakı Dieqo Qarsiya adasından həyata keçirilməsi zərurəti yaranıb. Rohde ABŞ müdafiə naziri Pit Heqsetin zərərin miqyasını ictimaiyyətə açıqlamaq əvəzinə “gizlətdiyini” iddia edib.

Heqset isə “USS Abraham Lincoln”dakı böhranla bağlı xəbərləri “tamamilə təhrif olunmuş” adlandırıb.

Təyyarədaşıyan gəminin 250 gündən artıqdır dənizdə olduğu, ekipaj arasında ərzaq məhdudiyyətləri, santexnika problemləri və psixoloji gərginliklə bağlı məlumatların yayıldığı bildirilir.

“Wall Street Journal” Bəhreyndəki obyektlərin bərpasının təxminən 400 milyon dollara başa gələ biləcəyini yazıb. “USS George Washington” təyyarədaşıyan gəmisinin isə “Abraham Lincoln”u əvəzləmək üçün bölgəyə yollandığı açıqlanıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki