Almaniyada 14,5 milyard avroya başa gəlməsi gözlənilən “Stuttgart 21” layihəsinin yeni yeraltı əsas vağzalında kondisioner sistemi quraşdırılmayacaq.
İNFOAZ.MEDİA xəbər verir ki, “Deutsche Bahn” bildirir ki, vağzalın yerin altında yerləşməsi səbəbindən beton konstruksiyalar ətraf torpağın temperaturunu qəbul edəcək və bu, daxildə temperaturun nisbətən sabit qalmasına imkan verəcək. Maili tunellərdən daxil olan hava və qatarların hərəkəti də təbii havalandırmaya kömək edəcək.
Layihə dəfələrlə təxirə salınıb və xərclər əhəmiyyətli dərəcədə artıb. Hazırkı plana əsasən, yeni Stuttgart Mərkəzi Vağzalının fəaliyyəti 2031-ci ilin dekabrında başlamalıdır. Layihənin ümumi dəyəri 14,5 milyard avro olaraq qiymətləndirilir.
Rauf
























