image-5774067528266092402-1backend

Better Home və Finance şirkəti qurucusunu məhkəməyə verib

Better Home və Finance şirkəti onun hind-amerikalı qurucusu Vişal Qarqa qarşı məhkəmə iddiası qaldırıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Şirkət Qarqu direktorlar şurası tərəfindən yekdilliklə vəzifəsindən uzaqlaşdırıldıqdan sonra nəzarəti yenidən ələ keçirmək üçün qanunsuz kampaniya aparmaqda ittiham edir.

Vişal Qarq daha əvvəl “Zoom” vasitəsilə 900 əməkdaşı işdən çıxarması ilə gündəmə gəlmişdi. İşçilər onun əməkdaşları “ipoteka meymunları” və “axmaq delfinlər” adlandırdığını iddia ediblər.

Qarqın rəhbərliyi dövründə şirkətin 1,5 milyard dollardan çox itki verdiyi, səhmlərinin isə 90 faizdən çox ucuzlaşdığı bildirilir.
Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki