Suriya keçmiş Bəşər Əsəd rejimindən qalan nüvə materialının ölkədə olduğunu rəsmən təsdiqləyib.
İNFOAZ.MEDİA xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossinin sözlərinə görə, agentliyin müfəttişləri Suriya tərəfindən daha əvvəl bəyan edilməmiş ərazidə bir neçə ton nüvə materialı aşkar ediblər. Qrossi materialın “pis məqsədlər üçün istifadə edilə biləcəyini” bildirib.
Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani bildirib ki, ölkə iyul ayında BAEA-ya könüllü şəkildə müraciət edərək nüvə materialının mövcudluğu barədə məlumat verib və müfəttişlərin əraziyə girişinə icazə verib. Material Suriya nəzarətində qalacaq və BAEA-nın təminat tədbirləri çərçivəsində nəzarətdə saxlanılacaq.
Materialın 2007-ci ildə İsrail tərəfindən məhv edilən Əl-Kibar nüvə reaktoru ilə əlaqəli olduğu bildirilir. BAEA-nın əvvəlki araşdırmalarında həmin obyektin Şimali Koreyanın köməyi ilə inşa edildiyi ehtimal edilmişdi.
Qrossi Suriya ilə əməkdaşlıqda yeni mərhələnin başladığını bildirib və ölkənin keçmişdəki nüvə fəaliyyətləri ilə bağlı səhifəni çevirdiklərini deyib.
Jalə
























