Hindistan və Almaniyanın Almaniya dizaynlı Type 214 sualtı qayıqlarının istehsalını nəzərdə tutan, təxminən 9 milyard dollar dəyərində müqaviləni yaxın həftələrdə imzalaya biləcəyi bildirilir.
İNFOAZ.MEDİA xəbər verir ki, layihə çərçivəsində altı sualtı qayığın Mumbaydakı Mazagon Dock gəmiqayırma zavodunda inşa edilməsi və əhəmiyyətli texnologiya transferinin həyata keçirilməsi nəzərdə tutulur. Yerli istehsal payının 45-60 faiz arasında olması hədəflənir. Layihə Hindistanın ən böyük ənənəvi sualtı qayıq proqramlarından biri olacaq.
Sualtı qayıqlar hava-asılı olmayan hərəkət sistemi (AIP) ilə təchiz ediləcək. Bu texnologiya sualtı qayığın səthə çıxmadan daha uzun müddət su altında qalmasına imkan verir.
Jalə
























