Çin Prezidenti Si Szinpin sentyabrın 23-də ABŞ-a gedəcək, sentyabrın 24-də Donald Trampla Ağ Evdə görüşlər keçirəcək və sentyabrın 25-də ölkəni tərk edəcək.
İNFOAZ.MEDİA xəbər verir ki, Si Szinpin BMT Baş Assambleyasının iclaslarında ümumiyyətlə iştirak etməyəcək.
Bu, onun son 11 ildə ABŞ-a ilk dövlət səfəri olacaq.
Gözlənilir ki, danışıqların gündəliyinə ticarət, Tayvan, süni intellekt, həmçinin İran və Hörmüz boğazındakı vəziyyət daxil olacaq.
Jalə
























