image-imran-xan-yenibackend

İmran Xan xəstəxanaya yerləşdirilir

Pakistan Ali Məhkəməsi həbsdə olan keçmiş baş nazir İmran Xanın səhhətinə görə həbsxanadan xəstəxanaya köçürülməsi barədə qərar qəbul edib.

Bu barədə “Geo TV” məlumat yayıb.

Məlumata görə, İmran Xan növbəti məhkəmə iclasına qədər tibbi müayinə və müalicə üçün “Şəfa” xəstəxanasında qalacaq.

Qeyd edək ki, İmran Xan 2023-cü ilin avqustundan həbsdədir. O, korrupsiya ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.// Axaraz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki