Xəbər verdiyimiz kimi, Xalq artisti Afaq Bəşirqızının 71 yaşı qeyd edilib.
Afaq Bəşirqızı “İNFOAZ.MEDİA”ya açıqlamasında bildirib ki, insan çətinlik çəkmədən uğur əldə edə bilməz.
“İnsan çətinlik çəkməlidir ki, onun bəhrəsini görsün. Afaq Bəşirqızı doğum şəhadətnaməsindəki Bəşirqızından çıxdı və Afaq Bəşirqızı oldu. Heç bir rolumu digərindən ayıra bilmərəm. Çünki sağlamlığımın hər bir hissəsi obrazlara gedib. Mən onları yaratmışam”, – deyə Xalq artisti bildirib.
Xalq artisti Valeh Kərimov isə Afaq Bəşirqızı ilə 1975-ci ildən səhnəni paylaşdığını qeyd edib. O bildirib ki, Afaq Bəşirqızı xalqın sənətkarlarından biridir.
Orxan
Bu gönderiyi Instagram’da gör
























