image-20250514210831-3959backend

Ukraynanın Ankaradakı səfiri Robert Brovdi ilə bağlı yayılan məlumatı təkzib edib

Ukraynanın Ankaradakı səfiri Nariman Cəlal Ukrayna PUA qüvvələrinin komandanı Robert Brovdi ilə bağlı yayılan məlumatı təkzib edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Cəlal bildirib ki, Brovdinin Türkiyə vətəndaşı olan dənizçi Savaş Çakarın ölümü ilə bağlı açıqlama verdiyi barədə yayılan məlumat “açıq dezinformasiya və manipulyasiya aktıdır”.

“Bu saxta xəbəri kimin yaydığı məlumdur və məqsədi də aydındır. Məqsəd faciədən istifadə edərək Türkiyə cəmiyyətində Ukraynaya qarşı mənfi münasibət formalaşdırmaqdır. Buna imkan verməməliyik”, – deyə diplomat qeyd edib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki