Ukrayna Silahlı Qüvvələri avqustun 16-na keçən gecə Rusiyanın Rostov vilayətinin Kamensk-Şaxtinski şəhərində yerləşən “Kamenski Kombinatı” müəssisəsinə zərbə endirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, hücum nəticəsində müəssisənin ərazisində yanğın qeydə alınıb. Zərbənin vurduğu ziyanın həcmi dəqiqləşdirilir.
Müəssisə Rusiyanın hərbi-sənaye kompleksinə daxildir və “Uraqan”, “Smerç” və “Tornado-S” reaktiv yaylım atəş sistemlərinin döyüş sursatları, eləcə də bir sıra raket sistemləri və aviasiya silahları üçün bərk raket yanacağı istehsal edir.
Baş Qərargah daha sonra bildirib ki, zərbənin nəticələrinin təhlili zamanı iki partlayıcı maddə və barıt istehsalı sexinin məhv edildiyi, daha dörd sexin isə zərər gördüyü təsdiqlənib.
Jalə
























