Kolumbiyanın Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmağa hazırlaşdığı bildirilir.
İNFOAZ.MEDİA xəbər verir ki, ABŞ müdafiə naziri Pit Heqset daha əvvəl müttəfiqləri BCM-dən çıxmağa çağıraraq məhkəməni “saxta və qeyri-legitim” adlandırıb. O, Latın Amerikası ölkələrinə də BCM-nin yurisdiksiyasını rədd etmələri barədə çağırış edib.
Kolumbiyanın BCM-dən çıxması təsdiqlənərsə, ölkə Latın Amerikasının məhkəməni tərk edən ilk böyük dövləti olacaq. Hazırda Venesuela və Çad da daxil olmaqla bir sıra ölkələr BCM-dən çıxma prosesinə başlayıb.
Qeyd edək ki, Kolumbiyanın BCM-dən çıxacağı barədə etibarlı rəsmi təsdiqə hazırda rast gəlinmir.
Rauf
























