image-5771815728452407277backend

Ukraynada boş vəziyyətdə olan “Patriot” qurğusu lentə alınıb

CNN ilk dəfə Ukraynadakı “Patriot” hava hücumundan müdafiə sisteminin buraxılış qurğusuna giriş əldə edib. Kiyev yaxınlığındakı qarğıdalı tarlasında yerləşən qurğunun bütün 16 raket buraxılış yuvası boşdur.

İNFOAZ.MEDİA xəbər verir ki, qurğu təxminən 10 həftədir atəş açmayıb.

Sistemin baş mühəndisi bildirib:

“Ballistik raketlər başınızın üzərindən uçur, siz isə onunla heç nə edə bilmirsiniz. Arxanızda isə mülki insanlar var.”

O, qlobal raket əleyhinə interceptor çatışmazlığını İran müharibəsi ilə əlaqələndirib:

“Onların nə qədər raket buraxmasından çox təəccübləndik. Bunlar Rusiya ballistik raketlərinə qarşı istifadə edə biləcəyimiz raketlərdir.”

Jalə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki