Meksikada arxeoloqlar təxminən 1400 il yaşı olan, Zapotek mədəniyyətinə aid unikal bir məzar aşkar ediblər.
İNFOAZ.MEDİA xəbər verir ki, Meksika Prezidenti Klaudiya Şeynbaum bildirib ki, bu tapıntı son on il ərzində ölkədə qeydə alınan ən əhəmiyyətli arxeoloji kəşflərdən biridir.
Məzarın ən diqqətçəkən xüsusiyyəti iri gözlü və dimdiyində insan üzü təsviri olan nəhəng daş bayquş heykəlidir.
Meksika Milli Antropologiya və Tarix İnstitutunun açıqlamasına görə, Zapoteklər bayquşu ölüm və gücün simvolu hesab edirdilər. Heykəlin dimdiyindəki insan üzü isə ehtimal ki, dəfn mərasiminin şərəfinə yaradılmış əcdadı təmsil edir.
Bundan əlavə, arxeoloqlar üzərində təqvim işarələri həkk olunmuş, həmçinin məzarın keşikçisi ola biləcək kişi və qadın fiqurlarını əks etdirən oyma daş elementlər də aşkar ediblər.
Hazırda mütəxəssislər ərazidə mühafizə və araşdırma işlərini davam etdirir. Qeyd olunur ki, bu tapıntı qədim Zapotek sivilizasiyasının sosial quruluşu və dini inancları haqqında yeni məlumatlar əldə etməyə imkan verə bilər.
Rauf
























