image-83210842-3bd7-4990-a56b-76e2c11479e5backend

Meksika ABŞ-a 37 narkotik kartel üzvünü göndərdi

Meksika ABŞ-a daha 37 narkotik kartel üzvünü göndərib.

İNFOAZ.MEDİA xəbər verir ki, bu addım ABŞ Prezidenti Donald Trampın artan təzyiqini azaltmaq məqsədi daşıyır.

Meksikanın təhlükəsizlik naziri Omar Qarsiya Harfuch bildirib ki, deportasiya edilənlər xüsusilə təhlükəli cinayətkarlardır. Bu, ilin əvvəlindən üçüncü belə göndərişdir və ümumilikdə 92 kartel üzvü ABŞ-a təhvil verilib. Onların arasında Sinaloa, Jalisco Yeni Nəsil, Zetas və digər kartellərin əsas fiqurları da var.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki