image-cetene_kolubackend

Masallıda polis meşəlik ərazidə 1520 ədəd xaş-xaş kolu aşkarlayıb

Masallıda polis əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbirlər zamanı yabanı halda yetişən narkotik tərkibli bitkilər aşkarlanıb.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı əməliyyat-axtarış tədbirləri çərçivəsində Dəmbəlov kəndi yaxınlığındakı meşəlik əraziyə baxış keçirilib.

Yoxlama zamanı ərazidə qanunsuz şəkildə bitən narkotik tərkibli xaş-xaş kolları müəyyən olunub. Aşkarlanan ümumilikdə 1520 ədəd xaş-xaş kolunun çəkisinin 349 kiloqram olduğu bildirilib.

Polis əməkdaşları tərəfindən həmin bitkilər müvafiq qaydada yığılaraq məhv edilib. Tədbirlər davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki