image-manqal-768x403backend

Manqalı yandırmaq istəyərkən, özü yanıb öldü

Şəmkirdə manqalı yandıran zaman benzin ilə ehtiyatsız davrandığından yanıq xəsarətləri alan şəxs ölüb.

Rayon sakini, 2003-cü il təvəllüdlü Fəzail Məmmədov mayın 3-ü ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, o, ötən gün ölüb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki