makronbackend

Makron: bu cür eskalasiya adətən real qarşıdurmaya yol aça bilər

Emmanuel Makron bildirib ki, hazırkı vəziyyətdə həddindən artıq verbal gərginlik müşahidə olunur və bu cür eskalasiya adətən real qarşıdurmaya yol aça bilər.

İNFOAZ.MEDİA xəbər verir ki, Makronun sözlərinə görə, belə proseslərdən ilk zərər çəkənlər həssas qruplar olur, lakin nəticədə bütün tərəflər bundan təsirlənir. O qeyd edib ki, Fransa vətəndaşları da arzuolunmayan bu gərginliklərin iqtisadi və siyasi nəticələrini gündəlik həyatlarında hiss edirlər.

Fransa Prezidenti həmçinin vurğulayıb ki, ölkəsi müharibəni istəməsə də, qlobal gərginliklərin təsirindən tam kənarda qala bilmir və diplomatik həll yollarına üstünlük verilməlidir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki