Von der Leyenbackend

Leyen – “TikTok” nəzarət altına alınmalıdır

Avropa Komissiyasının sədri Ursula fon der Leyen sosial media platformalarına qarşı yeni tənzimləmə addımlarını açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Leyen bildirib ki, TikTok-un istifadəçiləri cəlb edən “asılılıq yaradan dizayn elementləri” – sonsuz lent, avtomatik video oynatma və bildiriş sistemləri – ciddi nəzarət altına alınmalıdır.

O, eyni yanaşmanın Meta şirkətinə də şamil edildiyini deyib və Instagram və Facebook-un 13 yaş məhdudiyyətini yetərincə tətbiq etmədiyini vurğulayıb.

Bundan əlavə, Komissiya X platformasına qarşı da hüquqi prosedurların başladığını açıqlayıb. Səbəb kimi isə “Grok” adlı süni intellekt sisteminin uşaq cinsi istismarı məzmununun yaradılması və yayılmasında istifadəsi ilə bağlı narahatlıqlar göstərilib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki