Rusiya xarici işlər naziri Sergey Lavrov Kuba ilə bağlı gərginlik barədə açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Lavrovun sözlərinə görə, Kuba üzərində “buludlar toplanır” və ABŞ-ın yaxın aylarda yeni addım ata biləcəyi ehtimalı mövcuddur.
“İstisna etmirəm ki, noyabrda keçiriləcək aralıq seçkilərdən əvvəl Vaşinqtondan çox təhlükəli bir addım gələ bilər — Respublikaçı administrasiyanın uğurunu göstərmək üçün. Bu, kədərli olardı”, – deyə Rusiya XİN başçısı bildirib.
Rauf
























