image-press-konferenciya-glavy-mid-rf-lavrova-v-ramkakh-antalskogo-diplomaticheskogo-forumabackend

Lavrov: “Avropa liderləri Rusiya ilə gizli əlaqələr qurublar”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, bəzi Avropa liderləri vaxtaşırı Moskvaya gələrək Rusiya ilə qeyri-rəsmi və məxfi əlaqələr qururlar.

İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, Avropa tərəfi Rusiya ilə təmas saxlayır, lakin bu görüş və danışıqların ictimaiyyətə açıqlanmamasını xahiş edir. Lavrov qeyd edib ki, Avropa siyasətçilərinin məxfi söhbətlər zamanı səsləndirdiyi fikirlər onların açıq bəyanatlarından ciddi şəkildə fərqlənmir.

Nazir daha əvvəl də Avropa liderlərinin Rusiyaya “strateji məğlubiyyət” verməyə çalışdıqlarını bildirmişdi. Onun fikrincə, bu yanaşma müsbət nəticə verməyəcək, tətbiq olunan sanksiyalar isə təsirsiz olmaqla yanaşı, Avropanın özünə zərər vurur.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki