Küveyt Silahlı Qüvvələri son 48 saat ərzində ölkənin hava məkanında aşkarlanan 24 düşmən pilotsuz uçuş aparatının (PUA) müəyyən edilərək qarşısının alındığını açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, dronlar Küveyt hava məkanına daxil olduqdan sonra izlənilib və müdafiə sistemləri tərəfindən uğurla zərərsizləşdirilib. Hadisə nəticəsində itki və ya infrastruktur zərəri qeydə alınmayıb.
Küveyt hərbi rəhbərliyi hava məkanının qorunması üçün bütün müdafiə sistemlərinin yüksək hazırlıq vəziyyətində saxlanıldığını bildirib.
Rauf
























