Kuba Prezidenti Migel Dias-Kanel xaricdə yaşayan kubalılara ölkənin inkişafına töhfə vermələri üçün açıq çağırış edib.
İNFAOZ.MEDİA xəbər verir ki, Prezident bildirib ki, Kubaya investisiya qoymaq, ianə etmək, texnologiya gətirmək, bazar açmaq və ya müxtəlif layihələr həyata keçirmək istəyən soydaşlar üçün aydın, sabit və hörmətə əsaslanan şərait yaradılacaq.
Onun sözlərinə görə, vətəninə yardım etmək istəyən insanlar şübhə ilə qarşılanmayacaq və onların təşəbbüsləri ölkənin inkişafına töhfə kimi qiymətləndiriləcək.
Dias-Kanel həmçinin vurğulayıb ki, Kubaya heç nə diktə etmədən ölkə ilə birlikdə quruculuq etmək istəyən hər kəs üçün qapılar açıqdır.
“Bu vətən üçün bu zamanda heç bir yaxşı kubalı artıq deyil”, – deyə prezident qeyd edib.
Jalə
























