Kreml ABŞ Prezidenti Donald Trampın Sülh Şurasına mümkün töhfəsi ilə bağlı açıqlama verib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Sülh Şurasına 1 milyard dollarlıq ianə ABŞ-da dondurulmuş Rusiya aktivlərinin azad edilməsini tələb edir.
İNFOAZ.MEDİA xəbər verir ki, Peskovun sözlərinə görə, bu vəsait Fələstinin bərpasına yönəldilə bilər. O, həmçinin Rusiyanın xaricdəki aktivlərinin qanunsuz şəkildə dondurulduğunu vurğulayaraq, Moskvanın bununla razılaşmadığını və aktivlərin qaytarılması üçün bütün mümkün vasitələrdən istifadə edəcəyini bildirib.
Qeyd edək ki, bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putin ABŞ-da dondurulmuş Rusiya vəsaitlərindən Sülh Şurasına 1 milyard dollar ayrılmasına hazır olduqlarını açıqlamışdı.
Jalə
























