image-www-engineai-com_-cn_product_onebackend

Kosmosa insan yox, robot gedəcək – Çin planını açıqladı

Çinin “ENGINEAI Robotics Technology” şirkəti “Interstellor” aerokosmik şirkəti ilə strateji tərəfdaşlığa başlayıblar.

İNFOAZ.MEDİA xəbər verir ki, tərəflər “PM01” humanoid platforması əsasında robot-astronavtın hazırlanması üzrə birgə proqrama başlayıblar.

Bu layihə Çinin kosmik tədqiqatlarda antropomorfik robotlardan istifadəsi üzrə ilk nümunə olacaq. ENGINEAI-nin flaqman layihəsi olan “PM01” yüksək dəqiqlikli sensor sistemi, real vaxt rejimində idarəetmə və müstəqil qərarvermə imkanlarına malikdir.

Şirkətlərin bildirdiyinə görə, robot vakuum, mikroqravitasiya, kəskin temperatur dəyişmələri və radiasiya kimi sərt kosmik şəraitdə işləmək üçün uyğunlaşdırılacaq. “ENGINEAI” süni intellekt və hərəkət sistemlərinə, “Interstellor” isə kosmik mühəndislik və missiya hazırlığına cavabdeh olacaq.

Robotların kosmosda texniki xidmət və təhlükəli zonalarda istifadəsi planlaşdırılır ki, bu da astronavtlar üçün riskləri azaltmağa imkan verəcək.

Orxan


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki