Korrupsiya ittihamı ilə sabiq birinci xanım cəzalandırıldıbackend

Korrupsiya ittihamı ilə sabiq birinci xanım cəzalandırıldı

Cənubi Koreyanın keçmiş birinci xanımı Kim Geon-hee korrupsiya ilə bağlı iş üzrə 20 ay həbs cəzasına məhkum edilib.

İNFOAZ.MEDİA xəbər verir ki, məhkəmə onun korrupsiyaya qarşı qanunları pozduğunu təsdiqləyib.

Kim Geon-hee-yə üç ittiham irəli sürsə də, keçmiş birinci xanım onların ikisindən bəraət ala bilib. O, qiymətli kağızlarla manipulyasiya edərək 564 min dollar qanunsuz gəlir əldə etmək və seçki kampaniyasının maliyyələşdirilməsi qaydalarını pozmaq ittihamları üzrə günahsız sayılıb.

Onun həyat yoldaşı, vəzifəsindən uzaqlaşdırılmış keçmiş prezident Yun Sok-yeol da hazırda həbsdədir. O, qanunsuz şəkildə hərbi vəziyyət tətbiq etməyə cəhd göstərməkdə ittiham olunur.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki