image-gustavo-petro-600x381backend

Kolumbiyada Prezident Qustavo Petroya qarşı müvəqqəti vəzifədən kənarlaşdırma qərarı verilib

Kolumbiyanın Nümayəndələr Palatasının İstintaq və İttihamlar Komissiyası prezident Qustavo Petro ilə bağlı yeni qərar qəbul edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Komissiya Petroya qarşı seçki qaydalarının pozulması ilə bağlı aparılan araşdırma çərçivəsində onu 21 iyun 2026-cı il tarixinədək müvəqqəti olaraq vəzifədən kənarlaşdırıb.

Qərarın prezidentin seçkilərə müdaxilə etdiyi iddiaları ilə bağlı olduğu bildirilir. Araşdırma zamanı dövlət məmurlarının seçki prosesinə təsir göstərməsini qadağan edən qaydaların pozulub-pozulmadığı yoxlanılır.

Qeyd edilib ki, bu qərar müvəqqətidir və istintaqın nəticələrinə uyğun olaraq yenidən nəzərdən keçirilə bilər.

Rauf

image-5859368190104768057


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki