image-keir-starmerbackend

Kir Starmer: “Ölkəni liderlik seçkisi xaosuna sürükləmək istəmirəm”

Böyük Britaniyanın Baş naziri Kir Starmer açıqlama verərək vəzifəsindən geri çəkilmək niyyətində olmadığını bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Starmer qeyd edib ki, ölkəni yeni liderlik seçkisi prosesinin yarada biləcəyi “xaosa” sürükləmək doğru olmaz:

“Ən azından mən belə düşünürəm. Bu şəxsi ambisiya və ya inadkarlıqla bağlı deyil, bu, dərin bir vəzifə hissindən qaynaqlanır. Mən bu ölkəyə xidmət etmək üçün seçilmişəm…”

Baş nazir vurğulayıb ki, hazırkı mərhələdə sabitliyin qorunması daha vacibdir və hökumət işini davam etdirməlidir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki