image-kinematoqrafcilarbackend

Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilindi

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub.

Sədr postuna iki namizəd var – xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov.

Kinematoqrafçılar İttifaqındannbildirilib ki, sədrliyə namizədlərin adları qurultaya yaxın vaxtda mətbuata açıqlanacaq.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir.// Apa


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki