İtaliya NATO-nun mövcud müdafiə planı çərçivəsində Türkiyəyə hava hücumundan müdafiə güclərini artırmaq məqsədilə bir ədəd SAMP/T hava hücumundan müdafiə sistemi yerləşdirəcək.
İNFOAZ.MEDİA xəbər verir ki, sistem Türkiyənin Konya şəhərində yerləşən 3-cü Əsas Reaktiv Baza Komandanlığına göndəriləcək.
Bu addım NATO-nun kollektiv hava müdafiəsini gücləndirməyə yönəlmiş “ davamlı müdafiə planı” çərçivəsində həyata keçirilir və müttəfiqlər arasında müdafiə koordinasiyasını artırmağı hədəfləyir.
Jalə
























