image-5969525734650875749backend

İsrailin dron istehsalçısı şirkətinin rəhbəri hədəfini “Ender’s Game” filmi ilə müqayisə edib

İsrailin pilotsuz uçuş aparatları istehsal edən Xtend şirkətinin baş direktoru şirkətin son məqsədinin 1980-ci illərin elmi-fantastik əsəri olan “Ender’s Game”də təsvir edilən ssenariyə bənzədiyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, “Vanity Fair” nəşrinin məlumatına görə, şirkətin rəhbəri Şapiranın ofisində əsərin ekranlaşdırılmasına aid plakatlar yerləşdirilib. Onun məqsədi romandakı baş qəhrəman kimi hərbçilərin eyni vaxtda çoxsaylı dronları idarə edə bildiyi bir sistem yaratmaqdır.

Əsərdə baş qəhrəman əvvəlcə simulyasiya hesab etdiyi döyüşlərdə əslində real insanları öldürdüyünü yalnız çox gec anlayır.

Xtend şirkətinin İsrail ordusu ilə əməkdaşlığını şərh edən Şapiranın qardaşı isə ayrıca müsahibəsində deyib:

“Əslində, özümüzü riskə atmadan pis adamları necə məğlub etməyi öyrədən kompüter oyunu yaratmışıq”.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki