İsraildə hantavirusun ilk halı təsdiqlənib.
İNFOAZ.MEDİA xəbər verir ki, Şərqi Avropaya son səfər etmiş bir pasiyentdə aparılan testlər nəticəsində virus aşkarlanıb. Hadisə ölkədə bu virusla bağlı qeydə alınan ilk yoluxma kimi qiymətləndirilir.
Həkimlərin bildirdiyinə görə, xəstədə aşkarlanan virus Avropa mənşəli hantavirus ştamıdır və əsasən gəmiricilərdən insanlara keçir, insanlar arasında yoluxma isə nadir hallarda baş verir.
Bu ştam, daha təhlükəli sayılan və insandan insana yoluxma ehtimalı daha yüksək olan Andes növündən fərqlənir. Sözügedən Andes ştamı son vaxtlar MV Hondius kruiz gəmisində qeydə alınan hadisələrlə əlaqələndirilmişdi.
Rəsmi məlumatlara görə, pasiyentin vəziyyəti stabil qiymətləndirilir və həkim nəzarəti altında müalicəsi davam edir.
Rauf
























