İsrail ABŞ-ı İranla mümkün atəşkəs razılaşması çərçivəsində Tehranın dondurulmuş aktivlərinin azad edilməməsi barədə xəbərdarlıq edib.
İNFOAZ.MEDİA xəbər verir ki, İsrail rəsmiləri Vaşinqtona müraciət edərək İranın maliyyə aktivlərinin sərbəst buraxılmasının razılaşma paketinin bir hissəsi olmamasını tələb edir.
Məlumata əsasən, Tel-Əviv bu addımın İranın regiondakı fəaliyyətlərinə əlavə maliyyə imkanları yarada biləcəyindən narahatdır.
Hazırda ABŞ tərəfi məsələyə dair rəsmi mövqe bildirməyib.
Rauf
























