image-16-2-4-183841shahed-129backend

İranın “Şahed-129” pilotsuz təyyarəsi missiyasını uğurla başa vurdu

İran Silahlı Qüvvələrinə məxsus patrul və müşahidə üçün hazırlanmış pilotsuz təyyarəsi beynəlxalq sularda missiyasını başa vurub.

İNFOAZ.MEDİA xəbər verir ki, söhbət “Şahed-129” tipli pilotsuz təyyarədən gedir. Bildirilib ki, dron İranın ətraf bölgələrində hərbi hərəkətləri izləmək məqsədilə kəşfiyyat və müşahidə uçuşu həyata keçirib və əldə olunan görüntüləri real vaxt rejimində komanda mərkəzinə ötürüb.

Mənbələr missiyanın qanuni və standart prosedurlar çərçivəsində icra edildiyini vurğulayıb. Daha sonra dronla əlaqənin kəsildiyi, səbəblərin isə araşdırıldığı qeyd olunub.

Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) USS Abraham Lincoln aviadaşıyıcısının təhlükəsizliyini təmin etmək məqsədilə İran pilotsuz təyyarəsini hədəf aldıqlarını açıqlamışdı.

Hadisə ABŞ-ın bölgədə hərbi mövcudluğunu artırması və Prezident Donald Trampın İrana qarşı təhdidləri fonunda baş verib. İran rəhbərliyi isə mümkün eskalasiyanın regional müharibəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki