image-1558862747224_laricani_12_1754991579backend

İranın Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Rusiyaya getdi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti ilə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi arasında baş tutan görüşün təfərrüatları barədə açıqlama verib.

İNFOAZ.MEDİA-nın xəbərinə görə, Rusiya prezidenti Vladimir Putin Kremldə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanini qəbul edib. Peskov bildirib ki, bu görüş prezidentin iş gündəliyinin tərkib hissəsi olub və Moskva ilə Tehran arasında ikitərəfli əməkdaşlıq, eləcə də beynəlxalq təhlükəsizlik məsələləri üzrə aparılan davamlı dialoqun mühüm mərhələlərindən birini təşkil edib.

Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb, Rusiya–İran münasibətlərinin mövcud vəziyyəti və perspektivləri müzakirə edilib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki