İslam İnqilabının Lideri Ayətullah Seyid Əli Xamenei bazar ertəsi 1979-cu il İslam İnqilabının 47-ci ildönümü münasibətilə televiziya çıxışı edib. O, İranın gücünün əsasının hərbi texnikadan yox, xalqın birliyi, qətiyyəti və milli iradəsi olduğunu vurğulayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Xamenei 10 fevral (22 Bəhmən) gününü İran xalqının güc və ləyaqətini nümayiş etdirmək üçün illik bir fürsət adlandırıb. O, 1979-cu ilin bu gününün İran üçün böyük qələbə olduğunu xatırladaraq, xalqın ölkəsini xarici müdaxilələrdən qoruduğunu bildirib.
O, hər il keçirilən 22 Bəhmən yürüşlərini milli sabitliyin və xalqın birliyinin bariz nümunəsi adlandırıb və bunun xarici ambisiyalara qarşı təsirli olduğunu qeyd edib. Xamenei həmçinin gənclərin elmi və əxlaqi sahələrdə irəliləyərək ölkənin tərəqqisinə töhfə verəcəyinə ümid etdiyini söyləyib.
O, bu ilki mərasimlərin də İran xalqının ləyaqətini və əzəmətini daha da artıracağına əmin olduğunu ifadə edib.
Rauf
























