Türkiyə İranla sərhəddə bufer zonası yarada bilərbackend

İrandakı proseslər fonunda Türkiyə sərhəddə hərəkətə keçdi

Türkiyə hakimiyyəti ABŞ-ın İrana mümkün hərbi müdaxiləsi fonunda ölkənin şərq sərhədində bufer zona yaradılması ehtimalını nəzərdən keçirir. Ankara hesab edir ki, belə bir ssenari İrandan genişmiqyaslı miqrasiya dalğasına səbəb ola bilər.

İNFOAZ.MEDİA xəbər verir ki, Xarici İşlər Nazirliyi istənilən inkişaf variantına hazır olduqlarını və planlarının mövcud olduğunu bildirib. Rəsmilər regionda sabitliyin qorunmasına üstünlük verildiyini vurğulayıblar.

Türkiyə mediasına görə, məqsəd mümkün qaçqın axınının Türkiyə ərazisinə keçməsinin qarşısını almaqdır.

Orxan Məhərrəmov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki