Abbas Əraqçibackend

İran XİN rəhbərindən ABŞ və xarici qüvvələrə xəbərdarlıq

İranın xarici işlər naziri Abbas Əraqçi bölgədəki xarici hərbi qüvvələrə xəbərdarlıq edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Əraqçi bildirib ki, İran ərazisinə yaxın fəaliyyət göstərən xarici qüvvələr insan səhvləri, təsadüfi insidentlər və ya mümkün qarşıdurmalar səbəbindən daimi risk altındadır. O vurğulayıb ki, bu risklərin azaldılmasının ən yaxşı yolu həmin qüvvələrin bölgəni tərk etməsidir.

“Biz diplomatiya dilinə üstünlük veririk, lakin başqa dillərdə də danışmağı bacarırıq”, – deyə İranın xarici işlər naziri qeyd edib.

Əraqçi əlavə edib ki, İran silahlı qüvvələri ölkənin hava, quru və dəniz sərhədlərinə qarşı istənilən pozuntuya cavab vermək üçün yüksək hazırlıq vəziyyətindədir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki