image-photo_5861619989918453445_ybackend

İran Xark adasını mümkün ABŞ hücumuna qarşı gücləndirib

İran mümkün ABŞ hərbi əməliyyatına qarşı hazırlıqlar çərçivəsində son aylarda Fars körfəzində yerləşən strateji Xark adasının müdafiəsini gücləndirib.

İNFOAZ.MEDİA xəbər verir ki, mart ayında ABŞ zərbələrindən sonra Tehran adaya əlavə hərbi qüvvələr, hava hücumundan müdafiə sistemləri və çiyindən atılan zenit-raket kompleksləri (MANPADS) yerləşdirib. Həmçinin ABŞ qüvvələrinin mümkün desant əməliyyatlarının qarşısını almaq məqsədilə sahil ərazilərində piyada və zirehli texnikalara qarşı minalar basdırılıb.

Məlumata əsasən, Xark adası İranın neft ixracının əsas mərkəzi hesab olunur və ölkənin xam neft ixracının böyük hissəsi bu adadan həyata keçirilir. ABŞ kəşfiyyatının qiymətləndirmələrinə görə, ada ətrafında müdafiə tədbirlərinin gücləndirilməsi Vaşinqtonun mümkün hərbi planlarına qarşı qabaqlayıcı addım kimi qiymətləndirilir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki