Müctəba Xameneibackend

İran şərtləri yerinə yetirilmədən müharibə və sülh arasındakı vəziyyətin bitməsini istəmir

İranın ali rəhbəri Müctəba Xamenei ABŞ-la müharibəyə son qoyulmasının və mövcud qeyri-müəyyən vəziyyətin aradan qaldırılmasının Tehranın şərtlərinin yerinə yetirilməsindən asılı olduğunu bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, Hörmüz boğazına nəzarət, milli birliyin qorunması və qonşu ölkələrlə əlaqələrin gücləndirilməsi İranın əsas prioritetləri sırasındadır.

İran rəsmilərinin irəli sürdüyü şərtlər arasında ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokadanın dayandırılması, sanksiyaların aradan qaldırılması və regionda hərbi əməliyyatlara son qoyulması da yer alır.

Müctəba Xamenei bu fikirləri oktyabrın 27-də İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ilə görüşündə səsləndirib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki