image-iran-russia-china-politics-defence-navy-drillbackend

İran, Rusiya və Çin Hörmüz boğazında hərbi təlim keçirəcəklər

Rusiya, Çin və İran Hörmüz boğazında keçiriləcək “Dəniz Təhlükəsizlik Kəməri 2026” adlı birgə dəniz təlimlərinə gəmilər göndərib. Bu barədə Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev məlumat verib.

İNFOAZ.MEDİA xəbər verir ki, İran Hərbi Dəniz Qüvvələri tərəfindən təşkil olunan üçtərəfli təlimlərin məqsədi dəniz təhlükəsizliyini gücləndirmək, piratçılıq və dəniz terrorizminə qarşı əməkdaşlığı artırmaq, eləcə də birgə xilasetmə əməliyyatlarını təkmilləşdirməkdir.

2019-cu ildən İranın təşəbbüsü ilə hər il keçirilən təlimlər strateji əhəmiyyətə malik Hörmüz boğazı ərazisində qlobal ticarət yollarının təhlükəsizliyini təmin etməyə yönəlib.

Təlimlər çərçivəsində tərəflər koordinasiya, taktiki hazırlıq və operativ reaksiya imkanlarını sınaqdan keçirəcəklər. Rəsmilər bunu regional təhlükəsizlik əməkdaşlığının və beynəlxalq gəmiçilik marşrutlarının qorunmasına sadiqliyin göstəricisi kimi qiymətləndirirlər.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki