image-634a5aa3b480cc4b801bf0a9_1200backend

İran ordusu hərəkətə keçdi: Minlərlə PUA döyüşə hazır vəziyyətə gətirildi

İran ordusu hücum və kəşfiyyat təyinatlı 1000 ədəd pilotsuz uçuş aparatını (PUA) silahlanmaya qəbul edib.

İNFOAZ.MEDİA-nın xəbərinə görə, yeni təhlükələr və İsraillə baş vermiş 12 günlük müharibədən əldə olunan təcrübələr əsasında hərbi mütəxəssislər tərəfindən hazırlanmış 1000 ədəd PUA ordunun döyüş bölmələrinə təhvil verilib.

İran Quru Qoşunlarının komandanı, general-mayor Əmir Hatəmi bildirib ki, sabit və hərəkətli hədəfləri məhv etmək məqsədilə hücum və kəşfiyyat siniflərində layihələndirilən bu PUA-ların silahlanmaya daxil edilməsi ordunun mümkün təhdidlərə qarşı operativ müdaxilə və cavab vermə imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

Orxan Məhərrəmov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki