İran Prezidenti Məsud Pezeşkian ölkəsinin beynəlxalq hüquq çərçivəsində dialoqa sadiq qaldığını bildirərək, İrana qarşı hər hansı təcavüzün dərhal və qətiyyətlə cavablandırılacağını deyib.
İNFOAZ.MEDİA xəbər verir ki, bunu BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefon danışığı zamanı bildirib. Tərəflər regional gərginliyin azaldılması və diplomatik əməkdaşlıq məsələlərini müzakirə ediblər.
BƏƏ prezidenti isə regionda sülh və sabitliyin təmin olunması üçün diplomatik səylərə hazır olduqlarını qeyd edib.
Rauf
























