Elon Maskbackend

İran İlon Maska bağlı şirkət və aktivləri hədəf siyahısına daxil edə bilər

İran Yaxın Şərqdə fəaliyyət göstərən və amerikalı milyarder Elon Musk ilə əlaqəli şirkət və aktivləri potensial hərbi hədəflər siyahısına daxil etməyi nəzərdən keçirir.

İNFOAZ.MEDİA xəbər verir ki, siyahıya Starlink peyk interneti infrastrukturu, həmçinin SpaceX ilə əlaqəli investisiyalar və digər iqtisadi maraqlar daxil edilə bilər. İran tərəfi bölgədə Maskın idarə etdiyi iqtisadi aktivlərin ABŞ-a qarşı mümkün cavab tədbirləri çərçivəsində nəzərdən keçirildiyini bildirib.

Tehran xüsusilə Starlink sisteminin regiondakı fəaliyyətinə diqqət yetirir. İran rəsmiləri daha əvvəl də Starlink şəbəkəsini “qanuni hədəf” kimi xarakterizə etmişdilər.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki