image-ketaklbackend

İran ABŞ aviadaşıyıcısını simvolik görüntü ilə təhdid etdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bölgədə artan gərginliyə diqqət çəkən simvolik bir vizual paylaşım edib.

İNFOAZ.MEDİA xəbər verir ki, paylaşılan görüntüdə İran ərazisinə yaxın bölgədə yerləşdirildiyi bildirilən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Abraham Lincoln aviadaşıyıcısı hədəf kimi təsvir olunub. Fırtınalı, qırmızı tonların üstünlük təşkil etdiyi dəniz fonunda aviadaşıyıcının ildırım zərbəsinə məruz qaldığı, ABŞ-a aid döyüş təyyarələrinin isə dənizə düşərək batdığı göstərilib. Vizualda həmçinin dənizə sancılmış qılınc fiqurları ön plana çıxarılıb.

SEPAH-ın paylaşımında ABŞ-ın bölgədəki hərbi mövcudluğuna və son dövrlərdə yüksələn regional gərginliyə mesaj verildiyi qeyd olunur. Görüntüdə Qurani-Kərimin Səff surəsinin 13-cü ayəsindən olan “Allahdan bir yardım və yaxın bir fəth” ifadəsinə də yer verilib.

Qeyd edək ki, USS Abraham Lincoln aviadaşıyıcısı ABŞ prezidenti Donald Trampın son açıqlamalarında İrana qarşı təzyiq və təhdid rəmzi kimi tez-tez gündəmə gətirilirdi.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki