Ukraynada aparılan müşahidələrə əsasən, müharibənin yaratdığı xroniki stress əhalinin yuxu rejiminə ciddi təsir göstərib.
İNFOAZ.MEDİA xəbər verir ki, Ukrayna Milli Tibb Elmləri Akademiyasının alimi Boqdan Bozhuk bildirib ki, ukraynalılar orta hesabla əvvəlkindən 40 dəqiqə az yatır.
Mütəxəssislərin sözlərinə görə, daimi hava həyəcan siqnalları, gecə basqınları və elektrik kəsintiləri insanların psixoloji vəziyyətini ağırlaşdırır, yuxusuzluq, panik atak və diqqət pozğunluğu kimi problemləri artırır.
Həkimlər həmçinin qeyd edirlər ki, xroniki xəstəliklərin — hipertoniya, aritmiya və diabetin — gedişatı da pisləşib. Xüsusilə cəbhə bölgələrində bu təsirlər daha kəskin hiss olunur.
Qadınlarda psixoloji yükün daha yüksək olduğu, hamiləlik zamanı fəsadların isə daha çox müşahidə edildiyi də vurğulanıb.
Rauf























