Xırdalandakı 7 saylı tam orta məktəblərdəki neqativ hallarla bağlı şikayətlərin ardı-arası kəsilmir. Bu yaxınlarda məktəbdə “rəqs pulu”na görə valideynlərlə məktəbin direktoru Yeganə Paşayeva arasında narazılıq yarandığı barədə məlumat vermişdik.
İNFOAZ.MEDİA xəbər verir ki, kontekst.az -a daxil olan məlumata görə, valideynlərin narazılığı və məsələnin ictimailəşməsindən sonra direktor Yeganə Paşayeva rüşvət mənbəyi olan həmin qrupları ləğv edib.
Ancaq buna baxmayaraq, valideynlər indi də başqa məsələdən narazıdırlar. Övladı 7 saylı məktəbin 10b və 10c sinfindən oxuyan bir qrup valideyn Kontekst.az -a bildirib ki, övladları rəqəmsal summativ qiymətləndirilməyə buraxılmırlar:
Valideynlərin sözlərinə görə, məktəbdə 10-cu siniflərdə oxuyan şagirdlərdən 30 manatdan pul yığılır:
“Kim həmin məbləği vermirsə, summativ qiymətləndirilməyə buraxılmır. Bütün valideynlər narazıdır. Xüsusən də 10b və 10c siniflərindən olan şagirdlərin valideynləri”.
Bu məbləğin nəyə görə tələb olunmasına gəlincə, valideynlərdən biri bildirib ki, məsələ davamiyyətlə bağlıdır:
“Məktəbdə normal təhsil verilmədiyi üçün şagirlər əlavə hazırlığa gedirlər. Ona görə də bəzən dərslərdə iştirak edə bilmirlər. Bu, demək olar ki, bütün mnəktəblərdə belədir. Lakin bir çox məktəblərdə buna görə şagirdlərdən rüşvət tələb olunmur. 7 saylı məktəbdə isə direktor tapşırıq verib ki, kim 30 manat gətirməsə, imtahana buraxılmasın”.
Valideynlərin sözlərinə görə, 7 saylı məktəbdə 10-cu siniflərdə təhsil alan şagirdlərin sayı 150 nəfərdən çoxdur. Bu isə onu deməyə əsas verir ki, təkcə bir sinifdən yalnız davamiyyətə görə 4500-a yaxın pul yığılır.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu ünvanlanmışıq.
























