image-5864031854573325918backend

İddia: Qətər enerji obyektinin vurulmaması üçün İranla gizli təmasda olub

“Washington Post”un yaydığı məlumata görə, Qətər müharibənin ilk mərhələsində ölkənin iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyan Ras Laffan mayeləşdirilmiş təbii qaz (LNG) ixrac kompleksini qorumaq məqsədilə İranla gizli danışıqlar aparıb.

İNFOAZ.MEDİA xəbər verir ki, iddialara əsasən, plan İranın bu enerji obyektini hədəfə almaması, Qətərin isə könüllü şəkildə qaz hasilatını dayandırması üzərində qurulmuşdu. Bildirilir ki, belə bir addım qlobal enerji qiymətlərinin artmasına və ABŞ ilə İsrail üzərində münaqişənin daha tez dayandırılması üçün əlavə təzyiq formalaşdırılmasına səbəb ola bilərdi.

Qətər tərəfi isə belə bir razılaşmanın mövcudluğunu təkzib edib. Rəsmi Doha bildirib ki, Ras Laffan üzrə qəbul edilən qərarlar yalnız təhlükəsizlik amilləri ilə bağlı olub.

Bununla belə, kəşfiyyat mənbələrinin iddiasına görə, Qətər əsas enerji infrastrukturunun hədəf alınmaması üçün təminat almağa çalışıb.

Məlumatda qeyd olunur ki, münaqişənin əvvəlində Ras Laffanda fəaliyyət dayandırılsa da, sonradan İran öz qaz infrastrukturuna zərbə endirildikdən sonra həmin obyektə hücum həyata keçirib.

Malik


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki