image-hillari-klinton-esasbackend

Hillari Klinton: “Putin Trampın qalib gəlməsinə kömək edib”

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Donald Tramp və Rusiya lideri Vladimir Putin ilə bağlı diqqətçəkən açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Klinton bildirib ki, onun fikrincə Putin 2016-cı il ABŞ seçkiləri prosesinə təsir göstərib:

“Donald Trampdan eşitdiklərinizin əksinə olaraq, Putin Trampın qalib gəlməsinə kömək edib.”

O əlavə edib ki, bunun səbəblərindən biri Putin tərəfindən iki namizəd arasında potensial fərqin hesablanması ola bilər:

“Qismən ona görə ki, o, mənim Trampla müqayisədə necə bir lider olacağımı bilirdi.”

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki