image-5867932backend

Hər hansı bir hücum ABŞ-ı və müttəfiqlərini ciddi təhlükəyə atacaq – Musəvi

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Seyid Əbdülrəhim Musəvi düşmənlərin hər hansı səhvinin regionda genişmiqyaslı eskalasiyaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, belə bir ssenari ABŞ və müttəfiqləri üçün ciddi təhlükəsizlik riskləri yaradacaq.

İNFOAZ.MEDİA-nın məlumatına görə, Musəvi bu fikirləri hərbi hissələrdə döyüş hazırlığının yoxlanışı zamanı səsləndirib. O bildirib ki, İran son onilliklərdə ABŞ-ın aqressiv siyasətinə qarşı müqavimət göstərərək düşmənlərini dəfələrlə geri çəkilməyə məcbur edib.

Baş Qərargah rəisi vurğulayıb ki, İran silahlı qüvvələri tam hazırlıq vəziyyətindədir və düşmənlərin hətta kiçik səhvi belə cavabsız qalmayacaq. Onun sözlərinə görə, mümkün qarşıdurma regionda genişmiqyaslı böhrana çevrilə bilər və bu halda ABŞ hərbi personalının təhlükəsizliyi təmin olunmayacaq.

Musəvi həmçinin İrana qarşı dəniz blokadası ehtimalını mümkünsüz adlandırıb və ölkənin müdafiə doktrinasının yenilənərək sürətli və genişmiqyaslı əməliyyatlara əsaslandığını bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki