İyunun 5-də Hebronda baş verən hadisə nəticəsində israilli əsgərin Fələstin ailəsinin avtomobilinə atəş açdığı bildirilir.
İNFOAZ.MEDİA xəbər verir ki, hərəkətini yavaşladaraq dayanmağa çalışan avtomobildə olan ailə atəşə tutulub.
Hadisə zamanı 7 aylıq Sam Əbu Həikal başından güllə yarası alaraq həyatını itirib. Valideynlərin hər ikisi isə yaralanıb.
Bildirilib ki, hadisədən sonra əsgərlər yaralılara yardım göstərmədən ərazini tərk ediblər.
Rauf
























